AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Əliyev,
Çox qiymətli dövlət xadimi, dəyərli şəxsiyyət, gözəl insan, atanız Heydər Əliyevin vəfatı ilə əlaqədar kədərimiz dərindir. Mən öz adımdan və təmsil etdiyim ENKA şirkəti adından Sizə, bütün ailənizə və Azərbaycan xalqına başsağlığı verir, böyük ağrınızı bölüşürəm.
Qəbri nurla dolsun.
Hörmətlə,
Şarık Tara
ENKA şirkətinin prezidenti
İstanbul, 15 dekabr 2003-cü il