AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati- aliləri,
Sevimli atanızın vəfatı xəbəri bizi dərindən kədərləndirdi.
“Mitsubişi” korporasiyası adından Zati–alinizə və Azərbaycan xalqına səmimi başsağlığı vermək istərdim.
O dövləti idarə etmək məharəti ilə respublikaya tərəqqi və sabitlik bəxş etmişdir. Biz inanırıq ki, Sizin güclü liderliyinizlə böyük ölkəniz daha da inkişaf edəcəkdir.
Ən səmimi hörmətlə,
Mikio Sasaki
“Mitsubişi” korporasiyasının prezidenti
və baş icraçı direktoru
25 dekabr 2003-cü il