AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident,
Atanızın, dəyərli dövlət adamı Heydər Əliyevin vəfatından, digər Türkiyə vətəndaşları kimi, mən də dərin kədər hissi keçirdim. Dərdinizi bölüşür, Sizə, ailənizə və bütün Azərbaycan xalqına başsağlığı verir, məsul dövlət vəzifənizdə atanız kimi müvəffəq olmağınızı arzu edirəm.
Hörmət və salamlarımla,
professor C.Ünal Alptəkin
İstanbul Universitetinin meşəçilik fakültəsinin dekanı
İstanbul, 24 dekabr 2003 –cü il.