AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sevimli atanız, mənim dostum Prezident cənab Heydər Əliyevin vəfatı xəbərini dərin hüznlə öyrəndim. Bu kədərli anda Sizə və ailənizə səmimi qəlbdən başsağlığı verirəm.
Atanızı məmnuniyyətlə tanıdığıma görə, özümü xoşbəxt sayıram və təəssüf edirəm ki, o, böyük xidmətlərinə görə vəzifəsindən ləyaqətlə getdikdən sonra mənə onunla yenidən görüşmək qismət olmadı.
Mən indi Londonda yaşayır, Birləşmiş Krallıqda və İranda kommersiya sahəsində müxtəlif layihələr üzərində çalışıram, əhalinin orta və aşağı gəlirli təbəqələri üçün evlərin tikilməsi layihələrini planlaşdırıram.
Zati-alinizə imkanım daxilində qulluq göstərmək üçün istənilən anda çəkinmədən mənə müraciət etməyinizi xahiş edirəm.
Böyük hörmətlə,
Rəhim M. İrvanı
İngiltərənin “Sauzern Eksport Kompani
Limited” şirkətinin təmsilçisi
London, 14 dekabr 2003-cü il.