AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük rəğbət hissi ilə məktub yazıb bu çox ağır anda Sizə səmimi qəlbdən başsağlığı verirəm. Qoy atanızın xatirəsi əbədi yaşasın. Allah onun ruhunu şad eləsin. Sizə, ailənizə və atanızın uzun illər boyu xidmət etdiyi bütün Azərbaycan xalqına dua etdiyimizi bilməyinizi xahiş edirəm.
“Frontera” korporasiyasındakı bütün dostlarınız Sizə səmimi qəlbdən başsağlığı verir. Ölkəyə rəhbərliyinizdə Sizə böyük müvəffəqiyyətlər arzulayır və xeyir-dualar diləyirik. Qoy atanızın xatirəsi bundan sonra da Sizə böyük güc və ilham bəxş etsin ki, onun yolu ilə müdrikcəsinə gedərək, Azərbaycanı firavan və əzəmətli gələcəyə aparasınız.
Xoş arzular və rəğbətlə,
Stiv K. Nikandros
Amerikanın “Frontera Risorsiz”
korporasiyasının prezidenti və
baş icraçı direktoru
Hyüston, 15 dekabr 2003-cü il.