AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz cənab Prezident,
Atanız Heydər Əliyevin vəfatı xəbərini dərin hüznlə öyrəndik. Bu itki Sizin ailəniz və Azərbaycan xalqı üçün əvəzedilməzdir. Atanızın Azərbaycan üçün gördüyü işlər və göstərdiyi xidmətlər xalqınızın yaddaşında və qəlbində əbədi yaşayacaqdır.
Beynəlxalq birlik bu ağır itki ilə əlaqədar Sizin və ölkənizin dərdinə şərik olur.
Əvəz Nəzərov
Böyük Britaniyanın “Ansol Qrup” şirkətinin
rəhbəri
15 dekabr 2003-cü il.