AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Tarixin səhifələrində məşhur şəxsiyyətlər vardır. Bu liderlər yaşadıqları dövrdə gördükləri mükəmməl işlərlə tarixə istiqamət verir, tarixi yenidən yazırlar.
Heydər Əliyev də türk dünyasının yetirdiyi, yaxın tariximizə damğasını vuran nadir şəxsiyyətlərdən biridir.
Azərbaycanın əbədi lideri Heydər Əliyev bütün ömrünü ölkəsinin inkişafına həsr etmiş, vətəni olan can Azərbaycan üçün həyatını vermiş, yeritdiyi dahiyanə siyasətlə Azərbaycanı hərtərəfli inkişaf etdirmişdir. Hərbi, mədəni sahədə, siyasətdə, iqtisadiyyatda, beynəlxalq münasibətlərdə və idmanda, Azərbaycanın sərvətlərinin işlənilməsini müəyyənləşdirdiyi neft strategiyası sayəsində ölkəsini çox qısa bir müddət ərzində dünyada layiq olduğu yerə gətirmişdir.
O, sadəcə, Azərbaycanın inkişafı üçün yox, artıq tarixə düşən “bir millət, iki dövlət” şüarı ilə Türkiyə-Azərbaycan münasibətlərində də cığır açmışdır. Qafqazda sülhün təmin edilməsində əsas rol oynamışdır.
O, ömrünü sadəcə, Azərbaycana yox, türk dünyasına həsr edən əvəzedilməz dahi bir liderdir.
O, Samanyolu televiziyasına və işçilərimizə hər zaman qiymət vermiş, müsahibələrində, çıxışlarında xoş sözlər demiş, xarici səfərlərində bizə də yer ayırmış, bəlkə də hər şeydən mühümü, Can Azərbaycanda xidmət etməmizə imkan yaratmış, tarixdən gələn vəfa borcumuzu yerinə yetirməyimizə fürsət vermiş nümunəvi dövlət adamı idi.
O, sadəcə, Sizin və Azərbaycanın itkisi deyil, bizim Türkiyənin və bütün türk dünyasının itkisidir.
Azərbaycanın əbədi lideri mərhum Heydər Əliyevə Allahdan rəhmət diləyir, məkanının Cənnət olması üçün dualar edir, Zati-alinizə, yaxınlarınıza və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən dərin hüznlə başsağlığı verirəm.
Atanızın açmış olduğu yolda Azərbaycanı layiq olduğu səviyyələrə çıxarmaqda uğur qazanacağınıza inanır, bu çətin və ağır işdə Sizə nailiyyətlər diləyirəm.
Hidayət Qaraca,
Samanyolu televiziyasının
baş əlaqələndiricisi.
24 dekabr 2003-cü il.