AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar ən səmimi başsağlığımı qəbul edin.
Dövlətlərimizin həyatında, Rusiya və Azərbaycan xalqları arasında qardaşlıq tellərinin möhkəmlənməsində bütöv bir dövr Heydər Əlirza oğlunun adı ilə bağlıdır.
Heydər Əlirza oğlu yüksək dövlət vəzifələrində çalışarkən sənayenin, o cümlədən nəqliyyat maşınqayırmasının inkişafına böyük diqqət yetirirdi.
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi, məhz onun bilavasitə iştirakı sayəsində “Metrovaqonmaş” birliyi istehsal sahələri yaratmış, dünya standartlarına cavab verən müasir metro vaqonlarının konstruksiyasını hazırlamış və istehsala buraxmışdır.
İtkinizə şərik olaraq, Azərbaycan xalqı ilə birlikdə kədərlənirik. Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi müəssisəmizin əməkçilərinin qəlbində daim yaşayacaqdır.
Hörmətli İlham Heydər oğlu, əmin olduğumu bildirirəm ki, Siz Heydər Əlirza oğlunun gördüyü bütün işləri artıracaqsınız və bu, ölkələrimizin iqtisadiyyatının daha da möhkəmlənməsinə və ardıcıl inkişafına kömək edəcəkdir.
Hörmətlə,
Y.Qulko,
“Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin
baş direktoru.
Mıtişşi, 14 dekabr 2003-cü il.