AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Xalqımızın lideri, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət, fəxrimiz və sevimli insanımız olan Zati-aliləri Prezident cənab Heydər Əliyevin vəfatı barədə xəbər Belarusda yaşayan bütün azərbaycanlıları ürəkdən sarsıtmış, dərin kədərimizə səbəb olmuşdur.
Hörmətli cənab Prezident, bu ağır gündə biz Sizinlə, bütün Azərbaycan xalqı ilə birgə böyük kədər hissi keçirir, Sizə və xalqımıza dərin hüznlə başsağlığı veririk.
Allah əziz Heydər Əliyevimizə rəhmət eləsin!
Belarusun Azərbaycan diasporu adından,
Natiq Bağırov,
Belarusun “Azərbaycan İcmaları Konqresi”nin
sədri, “Qobustan” İctimai Birliyinin
prezidenti.
Minsk,13 dekabr 2003-cü il.