AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm Prezidentimizin vəfatı, sadəcə, Azərbaycan xalqını deyil, bütün siyasət dünyasını üzmüşdür. Çünki O, ötən qərinədə müdrikliyi ilə bölgə, Avropa və dünya siyasətində geniş iz buraxmışdır.
Azərbaycanımızın Avropa və dünyanın iqtisadiyyat və siyasət meydanına çıxmasında onun rolu heç bir zaman unudulmayacaqdır. O böyük şəxsiyyətin xalqımızın sabahı, milli şüurun inkişafı üçün gördüyü işlər gələcək nəsillərin yoluna işıq tutacaqdır. Onun tutduğu yol Azərbaycanımızı açıq səmalı gələcəyə, sülhə, əmin-amanlığa aparacaq, hər kəsin qibtə ilə baxacağı güclü və zəngin bir dövlətə çevirəcəkdir.
Biz inanırıq ki, xalqımız var olduqca, Onun da ruhunu yaşadacaqdır.
Mərhuma Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk.
Hörmətlə,
Cəlal Qaragöz
Hollandiya Azərbaycan-Türk
Kültür Dərnəyinin sədri
Eyvaz Həşimov
Özcan Akbal
Mühərrəm Atış
H.Əli Aktaş
Vedat Bağcı
Sərvət Azer
İdarə heyətinin üzvləri.