AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Avstriyanın “PADO oyl ənd Kemikal” şirkətinin rəhbərliyi müstəqil Azərbaycanın Prezidenti cənab Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar dərindən kədərlənir. Heydər Əlirza oğlu bütün həyatını Azərbaycanın və onun əməksevər xalqının inkişafına və tərəqqisinə həsr etmişdir.
Zati-aliləri, biz səmimi başsağlığı verərək, qəti əmin olduğumuzu bildiririk ki, Siz atanızın – böyük siyasi xadim və dövlət xadimi, Prezident Heydər Əlirza oğlu Əliyevin işini layiqincə davam etdirəcəksiniz.
Avstriyanın “PADO oyl ənd Kemikal”
şirkətinin rəhbərliyi.
Moskva, 15 dekabr 2003-cü il.