AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Moldova Respublikası Azərbaycanlıları Konqresinin Şurası, Moldovada yaşayan azərbaycanlılar, Azərbaycanın moldovalı dostları Azərbaycan xalqının böyük vətənpərvəri və sədaqətli oğlu, dünya şöhrətli dövlət və siyasi xadimi, Moldovanın sadiq dostu Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dərindən kədərlənirlər.
Mərhumun doğmalarına və yaxınlarına, cənab Prezident, şəxsən Sizə, ölkə rəhbərliyinə və Azərbaycan xalqına səmimi başsağlığı veririk.
Heydər Əliyev dünya tarixində zəmanəmizin dahi şəxsiyyəti kimi qalacaqdır. O, siyasi fəaliyyəti ərzində böyük dünya siyasətinin aparılmasında strateji müdrikliyini, daxili gücünü və təmkinliliyini, gündəlik həyatın doğurduğu mütərəqqi hər bir şeyə hörmət hissini həmişə qoruyub saxlamışdır. Heydər Əliyev dövlət quruculuğunun müasir problemlərinin həlli, cəmiyyətin demokratikləşdirilməsi və həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə ölkədə islahatlar aparılması yolunda xalqımızı birləşdirirdi.
O, bizim yaddaşımızda xalqımızın layiqli oğlu kimi yaşayacaqdır.
Cənab Prezident, inanırıq ki, Azərbaycan xalqı Heydər Əlirza oğlunun xidmət etdiyi o böyük işi Sizin rəhbərliyiniz altında bundan sonra da davam etdirəcəkdir.
Dərin hörmətlə,
Mehman İsmayılov,
Moldova Respublikası Azərbaycanlıları
Konqresinin sədri.
Kişinyov, 14 dekabr 2003-cü il.