AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Qırğızıstan Respublikasındakı Azərbaycan diasporu əzizimiz Heydər Əlirza oğlunun vəfatı xəbərini kədər hissi ilə qarşılamışdır. Böyük itki ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına başsağlığı veririk. Bu çətin günlərdə Sizinləyik və dərdinizə şərik oluruq.
Qırğızıstanda yaşayan azərbaycanlılar Heydər Əlirza oğlunun xatirəsini yad etmək üçün respublika televiziyasında onun həyat və fəaliyyətinə həsr olunmuş veriliş hazırlamış və yayımlamışlar. Azərbaycanlıların sıx yaşadıqları rayonlardakı məscidlərdə dualar oxunmuş, ehsanlar verilmişdir.
Qırğızıstandakı Azərbaycan diasporu Azərbaycan Respublikasının yeni seçilmiş Prezidenti və atanızın cəmiyyətin demokratikləşdirilməsinə və Azərbaycan xalqının tərəqqisinə yönəlmiş işinin davamçısı kimi Sizi tam dəstəkləyir.
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza cansağlığı və firavanlıq arzulayırıq.
Alaferdov A.K.
Qırğızıstan Respublikasında yaşayan
azərbaycanlıların “Azəri” İctimai Birliyinin
prezidenti, Qırğızıstanın əməkdar həkimi.
Bişkek, 16 dekabr 2003-cü il.