AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sevimli atanız Heydər Əliyevin vəfatı xəbəri məni dərindən kədərləndirdi. Bu kədərli anda Amerika Birləşmiş Ştatlarında yaşayan bütün iranlıların adından və xüsusilə Azərbaycana daim böyük hisslər bəsləyən azərbaycanlıların adından Zati–alinizə və ailənizə səmimi qəlbdən başsağlığı verirəm.
İndi Azərbaycan xalqı qəmli anlar yaşayır. Azərbaycan tarixini oxumuş hər bir kəs bilir ki, atanız dünyanın ən dəyişkən və strateji cəhətdən əhəmiyyətli regionlarından birində sülhün və sabitliyin yaradılması üçün səylə çalışmış və böyük nüfuz qazanmışdır. Risklərlə üzləşdiyini bilsə də, o, qətiyyəti və hazırlığı ilə hamını, həqiqətən, heyran edirdi. O, sıravi vətəndaşdan beynəlxalq aləmdə tanınmış şəxsiyyətə qədər yüksəlmişdir. Prezident Heydər Əliyev bir çox cəhətdən Azərbaycanın ürəyi və canı idi. O, tarixdə öz yerini təmin etmişdir.
Ölkənizin güclü xadimi kimi onun üçün çox darıxacaqsınız. O, həyatındakı çətin anlarda qətiyyət göstərmiş və çətinliklərin öhdəsindən cəsarətlə gəlmişdir. Prezident Heydər Əliyev daim yaddaşlarda qalacaqdır.
Biz hamımız dua edirik ki, həyatın əziyyətlərini və son aylar ərzində keçirdiyi xəstəliyin əzabını çəkən o insan əbədi istirahətə qovuşsun.
Bu qəmli və kədərli anda bir çox azərbaycanlının təsəlliyə ehtiyacı vardır. Azərbaycan xalqı mərhum atanızın siyasi varisi kimi Sizə arxayın olacaqdır ki, ölkədə sabitlik qorunub saxlanılacaq və iqtisadi inkişaf təmin ediləcəkdir. Onlara təminat lazımdır və bilməlidirlər ki, bel bağlaya biləcəkləri qüvvə mövcuddur. Vətəndaşlarınızda məhəbbət oyatdığınıza, sözləriniz və əməllərinizlə onları sıx birləşdirdiyinizə görə bir gün ölkəniz Sizə valeh olacaqdır.
Ümidvaram ki, digər həmvətənlərim indi Azərbaycanı çox yaxşı bir xalqın ölkəsi kimi qiymətləndirə biləcəklər.
Qoy Allah Sizə, azərbaycanlı qardaş və bacılarımıza xeyir-duasını əsirgəməsin.
Səmimiyyətlə,
doktor Mamud Zarekivan,
Amerikanın “Azərbaycan Evi, İnkorporeyted”.
mədəniyyət və təhsil təşkilatının
təmsilçisi
16 dekabr 2003-cü il