AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın böyük övladı, Atanız Zati-aliləri Heydər Əliyevi itirməyinizdən böyük kədər hissi keçiririk. Hisslərimiz ağır və sözlə ifadə edilməzdir.
XX əsrdə dünya türklüyünün ən görkəmli şəxsiyyətlərindən biri olan Zati-aliləri Heydər Əliyev “Bir millət, iki dövlət” fikrinin də sahibi, fövqəladə bir lider kimi tarix səhnəsində yerini tutmuşdur.
Onun ruhu qarşısında hörmətlə baş əyir, Azərbaycan millətinə, türklük dünyasına və bəşəriyyətə başsağlığı verirəm.
İlhan Aküzüm,
Türkiyənin sabiq turizm və dövlət naziri.