AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının əvəzsiz lideri, dünyada tanınmış siyasətçi Heydər Əliyevin vəfatı ilə bağlı “Mustas Ltd.” şirkətinin İğdır rəhbərliyi və işçiləri Sizə başsağlığı verir və Allahdan səbir diləyirik. Yeni Azərbaycanın qurucusu olan, bütün ömrü boyu xalqına şərəflə, namusla və vicdanla xidmət etmiş Heydər Əliyevin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Bu itki xalqınız üçün nə qədər ağır olsa da, onun ideyaları daim yaşayacaq və əminik ki, xalqınız Sizin ətrafınızda daha sıx birləşəcək, Azərbaycanın gözəl gələcəyi naminə Heydər Əliyevin yolunu davam etdirəcəkdir. Allah rəhmət eləsin.
Hörmətlə,
Cəfəralı Tasbağ,
Türkiyənin “Mustas Ltd.” şirkətinin müdiri.
İğdır, 16 dekabr 2003-cü il.