AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – böyük Azərbaycan xalqının atasının, dünya miqyaslı siyasətçinin vəfatı xəbəri Qərbi Sibirdə yaşayan biz azərbaycanlıları dərindən kədərləndirdi. Prezident Heydər Əliyevin simasında Azərbaycan xalqı böyük oğlunu itirmişdir. Onun nurlu xatirəsi bütün Azərbaycan xalqının, planetimizin müxtəlif guşələrində yaşayan bütün azərbaycanlıların qəlbində əbədi yaşayacaqdır.
Qərbi Sibir dairəsi üzrə “Xəzri” regionlararası ictimai təşkilatının prezidenti olaraq, şəxsən öz adımdan, idarə heyətinin üzvləri və dairəmizdə yaşayan bütün azərbaycanlılar adından xalqımıza, şəxsən Sizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm. İnanırıq və əminik ki, Siz Azərbaycan Prezidentinin böyük işlərini davam etdirəcəksiniz.
Böyük hörmətlə,
Nurəddin Əsədov,
“Xəzri” Regionlararası Azərbaycan İctimai Təşkilatının prezidenti.
Novosibirsk, 15 dekabr 2003-cü il.