AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti olmuş atanız cənab Heydər Əliyevin vəfatı xəbəri məni və “ŞevronTeksako” şirkətinin kollektivini çox kədərləndirdi.
“ŞevronTeksako” şirkəti Prezidentliyi dövründə Heydər Əliyevin ölkəsi üçün əldə etdiyi bütün nailiyyətləri yüksək qiymətləndirir. Onun atalıq qayğısı və rəhbərliyi ilə yaradılmış və Sizin davam etdirdiyiniz əlverişli şərait Azərbaycanda xarici şirkətlərin uğurlu fəaliyyəti üçün imkan açmışdir.
Atanızın uzaqgörənliyi və güclü dəstəyi nəticəsində “ŞevronTeksako” Azərbaycanın inkişaf etməkdə olan neft və qaz sektorunun bir çox məsələlərinin həllinə cəlb olunmuşdur.
Şirkətimizin şurasının üzvləri, o cümlədən Bakıda cənab Heydər Əliyevlə görüşmək şərəfinə nail olmuş “ŞevronTeksako”nun vitse- prezidenti cənab Piter Robertson məndən xahiş ediblər ki, dərdinizlə bağlı onların adından Sizə başsağlığı verim.
Bu ağır vaxtda biz Sizin barənizdə, ailəniz və Azərbaycan Respublikasının xalqı haqqında düşünürük.
Hörmətlə,
Qay Hollinqsuort,
“ŞevronTeksako Oversiz Petroleum”
şirkətinin Avrasiya bölməsinin icraçı
direktoru.
Almatı, 17 dekabr 2003-cu il.