AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yaroslavl Regional Azərbaycan Milli Mədəni Muxtariyyətinin rəhbərliyi Yaroslavl vilayətində yaşayan bütün azərbaycanlılar adından atanız Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir.
Sadəcə, ata deyil, Azərbaycan xalqının müdrik oğlu həyatdan getmişdir. Azərbaycan Respublikası üçün bu itki əvəzolunmazdır. Əminik ki, Siz, ailəniz, eləcə də, bütün Azərbaycan xalqı bu dərdə mətanətlə tab gətirmək üçün özünüzdə möhkəm iradə tapacaqsınız.
Azərbaycanın tarixində ən qüdrətli və müdrik siyasi xadim kimi Heydər Əliyevin əziz xatirəsi azərbaycanlıların qəlbində daim yaşayacaqdır.
Səyavuş İbrahimov,
Yaroslavl Regional Azərbaycan Milli
Mədəni Muxtariyyətinin sədri.
Yaroslavl, 13 dekabr 2003-cü il.