AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Avropa Həvəskar Boks Assosiasiyası atanız Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar səmimi qəlbdən başsağlığı verir. Biz onun dünya idmanına, xüsusilə çox böyük müvəffəqiyyətlər qazanılmış boks sahəsinə müsbət münasibətinin şahidi olmuşuq.
Moskvada Olimpiya oyunlarının təşkilinə şəxsən mən çox valeh olmuşdum.
Əziz cənab Prezident,
Atanızın vəfatı Avropanın idman cəmiyyətini kədərləndirir. Biz onun nailiyyətləri qarşısında baş əyirik.
Qoy onun xatirəsi əbədi olsun!
akademik Emil Jeçev,
Avropa Həvəskar Boks Assosiasiyasının
prezidenti
Sofiya, 13 dekabr 2003-cü il