AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Heydər Əliyevin vəfatı xəbərini böyük sarsıntı ilə öyrəndim. O, böyük şəxsiyyət və ölkənizin istedadlı lideri idi. Son səkkiz il ərzində onunla olan görüşlərimi xatirimdə çox aydın şəkildə saxlamışam. Məni Azərbaycanın “Şöhrət” ordeni ilə təltif etmək üçün görüşümüz xüsusilə yadda qalmışdır.
Qoy Allah ona rəhmət eləsin və bu faciəli itkiyə tab gətirmək üçün Sizə və ailənizə dözüm versin. Əminəm ki, Siz onun siyasətini Azərbaycan xalqının mənafeyi naminə uğurla davam etdirəcəksiniz.
Ən xoş arzularla,
Səmimiyyətlə Sizin,
Professor, doktor Ənvər Çoudri
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının
prezidenti
15 dekabr 2003-cü il