AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz Prezident İlham Əliyev,
Zati-aliləri Prezident Heydər Əliyevin vəfatı xəbərini dərin hüznlə öyrəndim.
Bakıda professor Elmira Süleymanova və regiondan olan digər həmkarlarımla birlikdə Sizinlə görüşməkdən məmnunluq duydum. İcazə verin, Sizə Prezidentliyiniz dövründə uğurlar arzulayım.
Atanızın vəfatı ilə bağlı bir daha kədər hissimi bildirirəm.
Səmimiyyətlə,
Kleyr Luis,
Kanadanın Ontario əyalətinin ombudsmanı,
Beynəlxalq Ombudsman İnstitutunun prezidenti
19 dekabr 2003-cü il