AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın ümummilli lideri Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Şimali Osetiya – Alaniya Respublikasının Rusiya Federasiyasının Prezidenti yanında daimi nümayəndəliyi Sizə və Sizin simanızda çoxmillətli Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
O, ölkəni otuz beş il müdrikliklə və məharətlə idarə etmişdir.
Onun təcrübəsi və səyləri sayəsində Azərbaycan ölkələrimizin Birliyində öz nüfuzunu qoruyub saxlamış və artırmışdır.
Əminik ki, onun ömrünü həsr etdiyi iş uğurla davam etdiriləcəkdir.
Sizinlə birlikdə kədərlənirik.
Səmimi hörmətlə,
Vladimir Belikov,
Şimali Osetiya - Alaniya Respublikasının
RF Prezidenti yanında səlahiyyətli nümayəndəsi
Moskva, 15 dekabr 2003-cü il.