AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar ən səmimi və dərin başsağlığını bildirir. Heydər Əlirza oğlu Əliyev bütöv bir epoxa idi və Azərbaycan Respublikası onun sayəsində sovet dövründə dinamik inkişaf etmişdir. Azərbaycan dövlətçiliyinin təşəkkülü və tərəqqisi isə şübhəsiz, onun adı ilə bağlıdır. Heydər Əlirza oğlunun təkcə Azərbaycan dövləti qarşısında deyil, həm də bütün dünya ictimaiyyəti qarşısında böyük xidmətləri danılmazdır və Azərbaycanın gələcək siyasətçiləri üçün bütöv bir məktəbdir. Geniş miqyaslı bir insan olan Heydər Əlirza oğlu bütün azərbaycanlıların xatirində uzun illər boyu yaşayacaqdır. Azərbaycanın planetimizin bütün aparıcı dövlətləri arasında layiqli yer tutması və Azərbaycan Respublikasının gələcək uğurları dünya miqyaslı görkəmli siyasətçi Heydər Əlirza oğlu Əliyevin yaratdığı ictimai-siyasi və sosial-iqtisadi bazalara əsaslanacaqdır. Rusiyada yaşayan azərbaycanlılar bu günlər Sizin doğmalarınız və yaxınlarınızla, habelə bütün Azərbaycan xalqı ilə birlikdə kədər içindədir.
K.Sadıqov
Rusiya Azərbaycalıları Federal
Milli-Mədəni Muxtariyyətinin prezidenti
Moskva, 13 dekabr 2003-cü il