AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın - Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar başsağlığımı, lütfən, qəbul edin. O, humanist bir insan, Azərbaycan millətinin fəxri, dahi siyasətçi idi və xalqımızı bütün dünyada ləyaqətlə təmsil edirdi. Bu, Azərbaycanda və onun hüdudlarından kənarda yaşayanların hamısı üçün böyük itkidir. Mən çox illərdir ki, Sankt-Peterburqda yaşayıram və Prezident Heydər Əlirza oğlunun rəhbərliyi altında doğma Azərbaycanımın tərəqqisi ilə həmişə fəxr etmişəm. Mən onun bizimlə olmadığına inanmıram, o, mənim xatirimdə həmişə yaşayacaqdır. Mən Sizinlə tanış deyiləm, lakin bir alim kimi Sizdən xahiş edirəm ki, Azərbaycan xalqının səadəti naminə onun elmi, insani və siyasi irsini qoruyun! Bir daha Sizin dərdinizə şərik çıxdığımı bildirirəm və ən müdrik siyasətçi və filosof Heydər Əlirza oğlu Əliyevin xəttini layiqincə davam etdirməyinizi arzulayıram.
Hörmətlə,
Azad Abışov
Nyu–York Elmlər Akademiyasının həqiqi üzvü,
Avropa Kimya-terapiya Cəmiyyətinin üzvü, kimya
elmləri doktoru, professor, Sankt-Peterburq
Elmi Tədqiqat Vaksinlər və Zərdablar İnstitutunun “Dərman preparatlarının kimyası və texnologiyası”
elm–istehsal kompleksinin rəhbəri
Sankt-Peterburq, 13 dekabr 2003-cü il