AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar “Dostluq-Drujba” beynəlxalq ictimai təşkilatının, Tula millətlərarası məclisinin, habelə Tula vilayətində yaşayan bütün azərbaycanlıların adından Sizə və yaxınlarınıza səmimi başsağlığı verirəm.
Heydər Əliyev bizim hamımız üçün Azərbaycan xalqının birliyi və tərəqqisi rəmzi olmuşdur və olaraq qalır.
Onun vəfatı hamımız üçün ağrılı-acılı və əvəzsiz itkidir.
Azərbaycanlılar üçün bu ağır günlərdə əminik ki, Heydər Əliyevin Azərbaycanın bütün dünya birliyinin nüfuz və hörmətini qazanmasına gətirib çıxarmış xəttini və siyasətini Siz Azərbaycan Respublikasının indiki prezidenti olaraq davam etdirəcəksiniz.
Hörmətlə,
Tofiq Musayev
“Dostluq-Drujba” beynəlxalq ictimai
təşkilatının prezidenti
Tula, 14 dekabr 2003-cü il.