AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük Novqoroddakı “Bakinets” Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın böyük oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar bütün xalqımızla birlikdə dərindən kədərlənir və cənab Prezident, Sizə səmimi başsağlığı verir. Əminik ki, ağır itkiyə baxmayaraq, Azərbaycan xalqı Sizin ətrafınızda birləşərək, atanızın işini davam etdirə biləcək və bu yolda bütün çətinliklərin öhdəsindən gələcəkdir.
Q.Abbasov
İdarə heyətinin sədri.