AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük Vətən müharibəsində Qələbənin 59-cu ildönümü münasibətilə Sizə, dost Azərbaycan xalqına, veteranlara – ön cəbhədə vuruşanlara və arxa cəbhənin əməkçilərinə ən səmimi təbriklərimi yetirirəm.
Ağır müharibə illərində Vətənin azadlığı və müstəqilliyi, gələcək nəsillərin xoşbəxtliyi naminə göstərilmiş döyüş və əmək rəşadəti barədə işıqlı xatirələr bütün millətlərdən olan insanların qəlbində yaşayır.
Qələbə naminə özlərini fəda edənlərin nurlu xatirəsi bizim qarşımızda xalqlarımız arasında dostluğu bundan sonra da möhkəmləndirmək və çoxşaxəli Rusiya-Azərbaycan əməkdaşlığını hər vasitə ilə inkişaf etdirmək vəzifəsi qoyur.
Hörmətli İlham Heydər oğlu, Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarına cansağlığı və uzun ömür, bütün Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı çatdırmağınızı Sizdən xahiş edirəm.
Hörmətlə,
Vladimir Putin,
Rusiya Federasiyasının Prezidenti.
Moskva, Kreml, 8 may 2004-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]