AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikasının iqtisadiyyatda qazandığı mühüm uğurlar, sosial sahədə dəyişikliklərin ciddi nəticələri Sizə layiq olduğunuz ümummilli dəstəyi və etimadı təmin etmişdir. Dövlət başçısı vəzifəsinə bu yaxınlarda keçirilmiş seçkilərdə qazandığınız inamlı qələbə Sizin məsuliyyətli və nüfuzlu siyasətçi, öz xalqının tanınmış lideri reputasiyanızı bir daha təsdiq etdi.
Rusiyada Sizi ölkəmizin səmimi dostu kimi yaxşı tanıyırlar. Biz möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafına Sizin şəxsi töhfənizi qiymətləndiririk. Əminəm ki, ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq nə qədər səmərəli olsa, Qafqaz regionunda həyat bir o qədər sabit və təhlükəsiz olacaq, biz bir o qədər çox iqtisadi uğurlar qazanacağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
Dmitri Medvedev
Rusiya Federasiyasının Prezidenti
Moskva, 24 dekabr 2008-ci il.