AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu,
Ad gününüz münasibətilə Sizi, ailənizi və yaxınlarınızı ürəkdən təbrik etməkdən qəlbən məmnunluq duyuram.
Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzunun və təsirinin artmasını, onun iqtisadi potensialının hərtərəfli möhkəmlənməsini Özbəkistanda çox böyük məmnunluqla qeyd edirlər. Şübhəsiz, bu, Sizin rəhbərliyiniz altında həyata keçirilən, dərindən düşünülmüş, ölçülüb-biçilmiş siyasətin və bizə yaxın olan Azərbaycanın bu günü və gələcəyi naminə genişmiqyaslı layihələrin və islahatların həyata keçirilməsi üzrə quruculuq işinin nəticəsidir.
Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin mənafelərinə hörmət prinsiplərinə əsaslanan Özbəkistan-Azərbaycan münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm.
Dərin hörmətlə,
İslam Kərimov
Özbəkistan Respublikasının Prezidenti
Daşkənd, 18 dekabr 2008-ci il.