AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin ölkənizin dinamik inkişafı, sosial-iqtisadi və siyasi xəttin həyata keçirilməsində görülən ardıcıl tədbirlər Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun yüksəlməsinə və regionda onun rolunun güclənməsinə kömək edir.
Belarus həmişə Azərbaycanın etibarlı dostu olmuşdur və olaraq qalır, xalqlarımızın mənafeyi naminə qarşılıqlı surətdə faydalı əməkdaşlığı bundan sonra da genişləndirməyə hazırdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və suveren Azərbaycanın dinc və firavan gələcəyinin təmin edilməsi üçün məsul dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti
Minsk, 24 dekabr 2008-ci il.