AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm!
Azərbaycan Sizin rəhbərliyinizlə böyük ictimai dəyişikliklər həyata keçirir, iqtisadi, sosial və mənəvi-mədəni potensialını artırır, dünya birliyinə fəal surətdə daxil olur. Rusiya Federasiyası ilə inteqrasiya proseslərinin, ikitərəfli münasibətlərin möhkəmlənməsində Sizin böyük rolunuz var. Qardaş respublikalarımız arasında da sosial-iqtisadi və mənəvi-mədəni əlaqələr getdikcə möhkəmlənir. Əminəm ki, ictimai həyatın bütün sahələrində əməkdaşlığımız bundan sonra da genişlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə məsul siyasi fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Murtaza Rəhimov
Başqırdıstan Respublikasının Prezidenti
Ufa, 23 dekabr 2008-ci il.