AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin Prezident vəzifəsində fəaliyyətiniz Azərbaycan Respublikasının siyasi və sosial-iqtisadi inkişafda yüksək nəticələr əldə etməsinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilməsinə imkan vermişdir.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrdə Sizi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş qarşılıqlı surətdə faydalı beynəlxalq əməkdaşlığın ardıcıl tərəfdarı kimi, bütün varlığı və qəlbi ilə öz xalqına sadiq olan, onun tərəqqisi naminə fədakarcasına çalışan bir insan kimi tanıyırlar.
Əminəm ki, Azərbaycan ilə MDB ölkələri arasında dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq ənənələri yeni təkan alacaq, Birliyin bütün ölkələrinin xalqlarının rifahı naminə hərtərəfli inkişaf edəcək və möhkəmlənəcəkdir.
Çox hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Dərin hörmətlə,
Sergey Lebedev
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi
Minsk, 24 dekabr 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [19:08]