RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Sizi - görkəmli siyasətçini ad gününüz münasibətilə ürəkdən təbrik edirik. Sizin siyasi iradəniz, enerjiniz, məqsədyönlü fəaliyyətiniz və öz xalqınıza böyük məhəbbətiniz sayəsində Azərbaycan Respublikasında demokratiya və sabitlik zəfər çalır, sosial problemlər uğurla həll olunur. MDB ölkələrinin parlamentariləri Sizin Birliyin möhkəmlənməsinə, siyasi və iqtisadi əməkdaşlığın inkişaf etməsinə yönəlmiş fəaliyyətinizi yüksək qiymətləndirirlər.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, nəcib fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan Respublikasının tərəqqisi və rifahı naminə yeni zəfərlər arzulayırıq.
Dərin hörmətlə,
Mixail Krotov
MDB Parlamentlərarası Assambleyası
Şurasının baş katibi
Sankt-Peterburq, 23 dekabr 2008-ci il.