AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından və öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Avstraliya və Azərbaycan dünyada sülh və sabitlik naminə ikitərəfli mehriban əlaqələr qurublar. Biz Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərəfdaşları kimi Əfqanıstanda sabitliyin, sülhün və inkişafın bərqərar olunması üçün fəaliyyətimizi davam etdiririk.
Ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin qarşıdakı illərdə də inkişaf edəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, şəxsi təbriklərimi və Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Xanım Kventin Bryus
Avstraliya İttifaqının General-qubernatoru