AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz həmkarım,
Respublika günü münasibətilə Sizə və Azərbaycan vətəndaşlarına öz adımdan və Litva xalqı adından səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və müvəffəqiyyətlər, xalqınıza sülh və əmin-amanlıq arzulayıram. Ötən əsrdə xalqlarımız çoxsaylı oxşar sınaq və müsibətlərlə üzləşmişdir. Buna görə biz həmişə mənən yaxın olmuş və bir-birimizə sıx dostluq telləri ilə bağlanmışıq. Azərbaycanın Müstəqillik günü bizim üçün də əziz və doğmadır.
Bu gün xalqlarımızı ümumi mənafelər bir-birinə bağlayır. Ölkənizin Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirmək istiqamətində səyləri münasibətlərimizi daha da möhkəmləndirir. Litva Sizin ölkənizin Avropaya inteqrasiya yolunda səmimi dostu və müttəfiqi olmuşdur, həmişə belə olmaqda davam edəcəkdir.
Ölkələrimiz arasında əməkdaşlığın dinamikası və yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsi məni olduqca sevindirir. Mən tam əminəm ki, enerji və təhlükəsizlik sahələrindəki əməkdaşlığımız daha da möhkəmlənməkdə davam edəcəkdir. Biz regionun və Avropanın təhlükəsizliyinə və sabitliyinə birlikdə mühüm töhfələr verə bilərik.
Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edəsiniz.
Valdas Adamkus
Litvanın Prezidenti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]