AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Tunis hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm, Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Belə xoş bir münasibətdən istifadə edib ölkələrimiz arasındakı qardaşlıq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəyinə möhkəm əmin olduğumu bildirirəm.
Qardaşınız,
Zeynulabidin Ben Əli
Tunis Respublikasının Prezidenti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]