AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Milli bayram - Respublika günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikası uğurla həyata keçirilən xarici və daxili siyasət sayəsində dünyada yüksək nüfuza malikdir.
Ukrayna-Azərbaycan münasibətlərinin qədim tarixi var və bu münasibətlərin indiki səviyyəsinə dostluğun möhkəmləndirilməsi, mehriban qonşuluq və qarşılıqlı yardım naminə birgə səylər və qarşılıqlı addımlar sayəsində nail olunmuşdur.
Azərbaycana bu yaxınlarda rəsmi səfərim zamanı Bakıda keçirdiyimiz görüşü böyük məmnuniyyətlə xatırlayıram və inanıram ki, Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının birinci iclası çərçivəsində də əldə etdiyimiz razılaşmaların həyata keçirilməsi dövlətlərimiz arasında bütün sahələrdə strateji tərəfdaşlığın dərinləşməsinə və konstruktiv surətdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da kömək edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, dost Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzulayıram.
Hörmətlə,
Viktor Yuşşenko
Ukraynanın Prezidenti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]