AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Macarıstan xalqı adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Azərbaycanın Avropaya istiqamətlənməsi Qafqaz regionunda sülhün və sabitliyin qorunması cəhdləri ilə yanaşı, ölkədə aparılan demokratik islahatların keçmişdə olduğu kimi, gələcəkdə də Macarıstan tərəfindən dəstəklənəcəyini böyük məmnuniyyətlə qeyd edirəm. Sizi əmin etmək istəyirəm ki, biz, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi niyyətindəyik.
Zati-aliləri, dost Azərbaycan xalqına sülh və rifah, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzu edirəm.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Laslo Şoyom
Macarıstan Respublikasının Prezidenti