AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Öz adımdan və bütün Bolqarıstan xalqı adından Sizi və Sizin simanızda Azərbaycan xalqını milli bayram - Respublika günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin bütün sahələrdə xalqlarımızın qarşılıqlı faydası üçün daha da möhkəmləndiriləcəyinə əmin olduğumu bildirmək istərdim.
Ümidvar olduğumu bildirirəm ki, əlaqələrimizin hərtərəfli genişləndirilməsi üçün Azərbaycan Respublikası və Avropa İttifaqı ölkələri arasında münasibətləri bundan sonra da davam etdirəcəyik.
Sizə bir daha öz dərin hörmətimi izhar edirəm.
Georgi Pırvanov
Bolqarıstan Respublikasının Prezidenti