RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu,
Azərbaycanın dövlət bayramı - Respublika günü münasibətilə dərin hörmətimi ifadə edir və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında hərtərəfli qarşılıqlı fəaliyyət ənənəvi olaraq dostluq və qarşılıqlı anlaşma mühitində həyata keçirilir ki, bu da çoxplanlı tərəfdaşlığın, o cümlədən regionlar səviyyəsində tərəfdaşlığın möhkəmlənməsinə kömək göstərir.
Çelyabinsk vilayəti hökuməti Azərbaycan ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir. Rusiya Federasiyasının Çelyabinsk vilayəti hökuməti və Azərbaycan Respublikası hökuməti arasında 2006-cı ildə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Sazişin imzalanması qarşılıqlı faydalı və dostluq əlaqələrinin inkişafına böyük təsir göstərmişdir.
Bayram təntənələrinin keçirildiyi günlərdə Azərbaycan xalqının rifahı naminə Sizə gələcək səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram, Zati-alilərinizə dərin hörmətimi bildirirəm.
Pyotr Sumin
Çelyabinsk vilayətinin qubernatoru