RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu,
MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından Sizi və Azərbaycanın bütün xalqını milli bayram – Respublika günü münasibətilə ürəkdən təbrik edirəm.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə möhkəm cansağlığı, əmin-amanlıq, xoşbəxtlik və Birlik ölkələrinin dostluğunun və gələcək əməkdaşlığının möhkəmlənməsində uğurlar, Azərbaycan Respublikasına firavanlıq və tərəqqi arzu edirəm.
Dərin hörmətlə,
Mixail Krotov
MDB Parlamentlərarası Assambleya
Şurasının baş katibi