RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu,
Milli bayram – Respublika günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qoy bu bayram Azərbaycan Respublikasının hər bir vətəndaşının qəlbini sevinclə, həyat eşqi, nikbinlik və sabaha inamla doldursun.
Çoxmillətli xalqın birliyi, daxili siyasi sabitlik sayəsində Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyində və dünya birliyində layiqli yer tutur.
Hörmətli İlham Heydər oğlu, bu bayram günündə Sizə cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycan xalqının mənafeyi naminə çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin inkişafı naminə qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə ümid bəsləyirəm.
Dərin hörmətlə,
Sergey Lebedev
MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib