RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Milli bayramınız münasibətilə İtaliya xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına ən xoş arzularla firavanlıq və tərəqqi diləyirəm.
İtaliya ilə Azərbaycanın siyasi və iqtisadi əlaqələrinin dostluq və əməkdaşlıq ruhunda daha da möhkəmlənəcəyinə, ölkələrimiz arasında münasibətlərin və ölkənizin Avropa İttifaqı ilə gündən-günə genişlənən əməkdaşlığının dərinləşəcəyinə əminliyimi vurğulayaraq, Sizə və Azərbaycan xalqına ən səmimi arzularımı bildirirəm.
Ciorcio Napolitano
İtaliya Respublikasının Prezidenti