RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
16-cı neft-qaz sərgisi və konfrans münasibətilə Prezident Əliyevə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Təsadüfi deyil ki, bu sərginin tarixi Azərbaycan iqtisadiyyatında möhtəşəm artım və dəyişikliklərlə üst-üstə düşür.
Birləşmiş Krallıq son 16 il ərzində Azərbaycanın tərəfdaşı olmağından iftixar hissi keçirir və mən əminəm ki, Britaniya və Azərbaycan şirkətləri gələn illər ərzində birlikdə sıx əməkdaşlıq edəcəklər. Ümidvaram ki, bütün iştirakçıların iş həftəsi uğurlu olacaqdır.
Qordon Braun
Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Baş naziri