AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Polşa xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə öz səmimi təbriklərimi çatdırmaq istərdim.
Ölkələrimizi birləşdirən əlaqələrin və eləcə də yaxın şəxsi münasibətlərimizin əla vəziyyətindən məmnun olduğumu bildirirəm. Siyasi, iqtisadi və energetika sahələrində də ikitərəfli əlaqələrin gələcəkdə daha səmərəli olacağına ümid bəsləyirəm.
Mən arzu edirəm ki, Polşa-Azərbaycan əməkdaşlığı dinamik inkişaf etsin və ölkələrimizin daha da yaxınlaşmasına səbəb olsun.
Polşa Respublikası Azərbaycanın Avropa və Avratlantik strukturları ilə inteqrasiyasına səy göstərir. Ölkənizdə sabitliyin möhkəmlənməsinə və vətəndaşların rifahının yaxşılaşmasına xidmət edəcək demokratik və iqtisadi islahatları gələcəkdə də dəstəkləmək istərdik.
Bir daha ölkənizə səmimi qəlbdən təbriklərimi çatdırır, bu gözəl bayram münasibətilə Sizə, xanımınıza və Sizin həmvətənlərinizə əmin-amanlıq, bütün sahələrdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Lex Kaçinski
Polşa Respublikasının Prezidenti