AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Fürsətdən istifadə edərək, Çexiya Respublikasının ölkələrimiz arasında qarşılıqlı mənafelərə əsaslanan ikitərəfli əlaqələrin inkişaf etdirilməsində marağı olduğunu bildirmək istərdim. Şərq tərəfdaşlığı və Cənub dəhlizi ilə bağlı Praqa şəhərində keçirilmiş sammitlərdə son görüşümüz zamanı qeyd etdiyim kimi, Çexiya Respublikası Sizin ölkənizi digər sahələrdə olduğu kimi, enerji, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlıq üçün vacib strateji tərəfdaş hesab edir.
Ölkənizin tarazlaşdırılmış xarici siyasətini, Avropa və Avratlantik məkana inteqrasiya addımlarını məmnunluqla dəstəkləyirik. Çexiya Respublikası Azərbaycanın bu istiqamətdəki səylərinə hərtərəfli dəstək verməyə hazırdır.
Əminəm ki, ölkələrimiz arasında mövcud əlaqələr bundan sonra da dostluq ruhunda və səmərəli olacaq, möhkəm tərəfdaşlığın gələcək inkişafı üçün yeni-yeni imkanlar açacaqdır.
Vatslav Klaus
Çexiya Respublikasının Prezidenti