AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
hörmətli cənab Prezident,
Sizi və bütün xalqınızı Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dost ölkələrimizin faydası üçün sürətlə inkişaf edən Azərbaycan-Niderland ikitərəfli əlaqələrini məmnuniyyətlə qeyd edirəm. “Azərbaycanın Hollandiyalı Dostları” Cəmiyyətinin sədri kimi mən əminəm ki, bizim təşkilat iki xalq arasında əlaqələrin möhkəmləndirilməsi üçün əlindən gələni edəcəkdir.
Bu əlamətdar gündə Sizə cansağlığı, işlərinizdə uğurlar, Sizin dost xalqınıza sülh və əmin-amanlıq arzulamaq istərdim.
Hörmətlə,
Rene Van der Linden
Niderland Krallığı Senatının üzvü,
“Azərbaycanın Hollandiyalı Dostları” Cəmiyyətinin sədri