AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin şəxsinizdə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Tatarıstanlılar adından və şəxsən öz adımdan Azərbaycanın bütün vətəndaşlarına cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasına bundan sonra da tərəqqi və çiçəklənmə arzulayıram.
Tatarıstan ilə Azərbaycan arasında çoxillik səmimi, qarşılıqlı etimada əsaslanan münasibətlər mehriban dostluq və qardaşlıq ənənələrinin, səmərəli əməkdaşlıq üfüqlərinin genişləndirilməsinə, davamlı qarşılıqlı səylərin qorunmasına gözəl nümunə hesab edilməlidir. İcazə verin, belə bir əminlik ifadə edim ki, ikitərəfli, möhkəm Tatarıstan-Azərbaycan əlaqələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın mühüm tərkib hissəsi olaraq qalacaq, Rusiya və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Sizə, Sizin yaxınlarınıza və Azərbaycan Respublikasının bütün xalqına hörmətlə və ən xoş arzularla,
Mintimer Şaymiyev
Tatarıstan Respublikasının Prezidenti