RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident,
Dost ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə ən səmimi təbriklərimi bildirirəm. Fürsətdən istifadə edib xalqlarımız və ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənib inkişaf etməsini arzulayıram.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırıram.
Ən xoş arzularla,
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Küveyt Dövlətinin əmiri
Əl-Küveyt şəhəri, 28 may 2009-cu il.